Kanal Azərbaycanın ən öndə gedən tibb portalına – Medicina.az-a məxsusdur.
Reklam üçün əlaqə nömrəsi: (012) 530-61-83; (077) 270-11-99
e-mail: medicinabaku@gmail.com
Bu vitamin yeni virusun qənimidir
İrlandiyanın Dublin Universitetinin alimləri D vitamini qəbulunun koronavirus xəstəliyinin gedişatını asanlaşdırması qənaətinə gəliblər.
Araşdırma zəmanı məlum olub ki, vitamin D qəbul edən xəstələrdə ağciyər infeksiyası təxminən 50% azalır.
Əldə olunan məlumatlar digər tədqiqat universitetlərinin mütəxəssislərini də maraqlandırıb. İspaniyadakı Qranada Universitetinin işçiləri də 10 həftəlik təcrübənin hazırlandığını bildiriblər. Tədqiqat təxminən 200 nəfər arasında sınaqdan keçiriləcək.
Xəstələr D vitamini qəbul edəcəklər və elmi işin müəllifləri bunun COVID-19-a necə təsir etdiyini yoxlayacaqlar. Sasseks Universitetindən doktor Jenna Macchiochio bildirib ki, vitamin D qəbul etməyən insanların soyuqlama şansı 3-4 dəfə çoxdur. Bundan əlavə, bu xəstələrdə tənəffüs yoluxucu xəstəlikləri daha ağır keçir.
Alimlər qeyd edirlər ki, D vitamini, digərləri ilə yanaşı, immunitet sisteminin fəaliyyətini tənzimləyir və buna görə də koronavirus xəstəliyinin gedişatına müsbət təsir göstərə bilər.